Əmisi oğlunu bıçaqladı


23:58     23 Fevral 2017 1351597684_bicaqlama_7_700x390.jpg

Kürdəmir sakini əmisi oğlu tərəfindən bıçaqlanıb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Rahib Səməndər oğlu Ağayev bıçaq xəsarəti diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kürdəmir Rayon Polis əməkdaşlarının əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törədən, zərərçəkənin əmisi oğlu Ümid Ağayev tutularaq istintaqa təhvil verilib. İlkin ehtimala görə, hadisə münaqişə zəminində baş verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1133