İlham Əliyev estoniyalı həmkarını təbrik edib


22:27     23 Fevral 2017 ilham_aliyev_main__221216_298.jpg

Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti xanım Kersti Kalyulaydı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 946