Orta məktəbin həyətində tank mərmisi tapılıb


23:31     23 Fevral 2017 agcebedi%20raket%20anama.JPG

Tovuzun Koxanəbi kəndində həyətyanı sahədə 1 ədəd partlamış PQ-7 raketinin qalıqları tapılıb.


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, baxış zamanı mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bundan başqa Bərdə rayonunda tank mərmisi aşkarlanıb. Rayonun Mirzəalıbəyli kənd orta məktəbinin həyətinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26) aşkar edilərək göturülüb.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 51 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 961 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 356 053 kv.m ərazi (136 703 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 10 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 992