Almaniyadan Ərdoğana mitinq qadağası


15:33     24 Fevral 2017 57016.jpg

Almaniyada “Ərdoğanın mitinqləri əngəllənsin” kampaniyası başladılıb.


Məlum olduğu kimi, Almaniyanın bəzi əyalətlərində Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə referendum mitinqlərinin keçirləcəyi gözlənilir. Lakin Almaniyanın şimali Ren-Vestfaliya əyaləti buna qarşı çıxıb. Əyalətin daxili işlər naziri Ralf Jager yerli qəzetlərin birinə verdiyi açıqlamada bu mitinqlərin təşkilinə maneçilik törədilməsinin zəruriliyini vurğulayıb.

O bildirib ki, Türkiyə daxilindəki gərginliklər Almaniya ərazisinə daxil olmamalıdır.

Almaniyanın türk əsilli naziri Aydan Özoğuz da Ərdoğanın mitinqlərinə qarşı çıxıb.

Qeyd edək ki, Almaniyanın məşhur “Bild” qəzeti diplomatik mənbələrə istinadən mart ayında Ərdoğanın bu ölkəyə səfər edəcəyini və səfər çərçivəsində Şimali Ren-Vestfaliyanın bir şəhərində mitin keçirəcəyini bildirmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1720