`BMT-nin bəzi qətnamələri kağız üzərində qalır` - Elmar Məmmədyarov


18:14     24 Fevral 2017 0elmar.jpg

“BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar münaqişə ilə bağlı qətnamələrə səs veriblər”.


Femida.az-ın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, 1993-cü ildə qəbul olunmuş 822 saylı qətnamədən sonra həmin dövrdə Minsk qrupunun sədri olan cənab Rafaelliyə tapşırıq verilib ki, işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasına dair cədvəl hazırlasın: “Bəziləri düşünür ki, qətnamələr atəşkəsə dair olub. Halbuki orada silahlı qüvvələrin qeyd şərtsiz çıxarılması tələb edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri dərhal icra olunur, bəziləri isə illərlə kağız üzərində qalır. Biz daha çox ölkələri bu prosesə cəlb etməliyik. Afrika ölkəsi kimi Cibutinin səsi vacibdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 927