DTX əməliyyat keçirdi - Dövlətə xəyanət edənlər həbs edildi
18:54 24 Fevral 2017
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Femida.az-a DTX-nın İctimaiyyətlə əlaqələrt şöbəsindən bildirilib. Belə ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilmişdir.
2017-cil fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınmışdır. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 15656
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək