Obama Fransa prezidenti olacaq?


19:11     24 Fevral 2017 141130-barack-obama-jms-2018_77d8d2ecae194a0123be49e0d06c72c6.jpg

ABŞ-ın keçmiş lideri Barak Obamanın fransız pərəstişkarları onun Fransa prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsinə nail olmaq istəyirlər.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bir qrup fəal B.Obamanın plakatlarını Paris küçələrində yapışdırıb və təbliğat üçün “Obama17” adlı sayt işə salıblar.

Bundan başqa fəallar B.Obamanın diqqətini cəlb etmək üçün müvafiq petisiya yaradıblar. Aktivistlərin məqsədi 1 milyon imza toplamaqdır. Qeyd olunub ki, bununla bağlı ideya Obamanın prezidentlik müddətinin bitməsinə iki ay qalmış müzakirə mövzusu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1136