Türkiyə Suriyada şəhid verdi


20:14     24 Fevral 2017 1440398928_sehid-turk.jpg

Türkiyə ordusu Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində şəhid verib.


Femida.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın Əl-Bab bölgəsinin minalardan təmizlənməsi zamanı torpağa basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 türk hərbçi ölüb, 3-ü yaralanıb.

Yaralılar dərhal xəstəxanaya aparılıb, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" tərəfindən nəzarət altına alınan Əl-Bab bölgəsində minalanmış avtomobillə terror aktı törədilib. Hadisə nəticəsində ən azı 29 nəfər ölüb, 100-ə yaxın yaralı var.
Femida.az

Açar sözlər:

Oxunub: 1929