11 nəfərin məhkəməsi olub - `Nardaran işi`


22:44     24 Fevral 2017 nardaran.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Ramil Əliyev sualları cavablandırıb. O, ittihamları qəbul etmədiyini deyib.

Təqsirləndirilən Elgün Axundov və Əli Şahbazov ittihamlarla razı olmadıqlarını açıqlayıblar.


Ə. Şahbazov istintaq zamanı verdiyi ifadələrdən imtina edib.


Məhkəmə prosesi martın 3-də davam edəcək.


Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1104