Orxan Pamuk Rusiyada mükafatlandırıldı


01:46     25 Fevral 2017 1478172696_pamuk.jpg

Türkiyəli yazıçı, “Nobel” mükafatı laureatı Orxan Pamuk “Xarici ədəbiyyat” kateqoriyasında “Kafamda bir tuhaflık” romanına görə “Yasnaya polyana” mükafatına layiq görülüb.



Femida.az -ın “Tass.ru”ya istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi “Rusiya Dövlət Kitabxana”sında keçirilib.

Yazıçı hələ 2016-cı ildə bu nüfuzlu mükafatın laureatı olub, lakin qaliblərin rəsmi mükafatılandırma mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub.

“Yasnaya Polyana” laureatı isə 2003-cü ildə təsis olunub, 2015-ci ildən “Xarici ədəbiyyat” kateqoriyası üzrə də verilir.

Açar sözlər:

Oxunub: 1079