Türkiyədə edam hökmü tətbiq edilə bilər


02:34     25 Fevral 2017 140312-erdogan-editorial.jpg

“Edam tələbi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq və qanun layihəsi parlamentdə dəstəkləndikdən sonra mənə təqdim olunduqda onu təsdiqləyəcəm”.


Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa şəhərində xalq qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün konstitusiyaya dəyişiklik olmalıdır: “Lazım gələrsə, referendum keçirərik. Millət edam deyirsə, məsələ bitmişdir. Suverenlik qeydsiz-şərtsiz xalqın deyilmi?”.

Açar sözlər:

Oxunub: 2760