`Fitch` Azərbaycanın reytinqini sabit saxlayıb


16:49     25 Fevral 2017 fitch.jpg

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində saxlayıb.


Femida.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

Neftdən əldə edilən yüksək gəlir sayəsində ölkədə dövlət borcunun aşağı olduğu vurğulanan açıqlamada iqtisadiyyatın karbohidrogen sektorundan asılılığının yüksək, bank sektorunun isə zəif olduğu bildirilir.

Açıqlamada neftin qiymətindəki bahalaşma və “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazın iqtisadi artımla bağlı proqnozlara müsbət təsir göstərəcəyi vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 1299


Oxşar xəbərlər