Prezident İrana səfərə hazırlaşır
18:58 25 Fevral 2017
İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür.
Femida.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər: “Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq getdiyini deyən nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI