Ramil Usubov Şirvandadır
21:09 25 Fevral 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Şirvan şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının qəbula gələn 36 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Femida.az
Oxunub: 1722
Oxşar xəbərlər
- Ramil Usubov yeni rəis təyin etdi
- Ramil Usubov əmr imzaladı
- Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi
- Ramil Usubov vətəndaşlarla görüşdü
- Ramil Usubov vətəndaşları qəbul edəcək
- Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
- Ramil Usubov polkovniki təqaüdə göndərdi
- Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib
- Ramil Usubov Gəncədə görüş keçirdi
- Ramil Usubov cinsi azlıqların saxlanılmasından danışdı