İraqda kütləvi məzarlıq tapılıb


22:35     25 Fevral 2017 d1c698f5-4a45-49c0-8a2b-59d4d9dc9441.jpg

İraqın Mosul şəhəri yaxınlığında təqribən 4 min meyitin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.


“Telegraph” nəşri yazır ki, böyük çala Mosul ilə İraqın paytaxtı Bağdadı birləşdirən yol yaxınlığındakı Hasfa rayonundadır.

İŞİD terrorçuları 2014-cü ildə əsir götürdükləri İraq hərbçi və polislərini qətlə yetirərək bu çalada basdırıblar. Yerli sakinlərin sözlərinə görə, sözügedən qətllər İŞİD 2014-cü ilin yayında Mosulu ələ keçirdikdən 6 ay sonra baş verib.

Şahidlərin məlumatına görə, qurbanların əksəriyyəti güllələnib. Çalanın dərinliyi isə 400 metrdən çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 963