Salyanda yanğın: 2 nəfər ölüb


14:13     26 Fevral 2017 206e903b-2574-4e93-9ae3-82c8f1bcc05f.jpg

Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb.


Hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1397