Honq Konqda təyyarə qəzaya uğrayıb


15:41     26 Fevral 2017 plane_crash_1608158.jpg

Honq Konqda yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Bu barədə polisin məlumatına istinadən "South China Morning Post" qəzeti xəbər verib.


İnsident yerli vaxtla 11:17-də sahil Manşan rayonunda baş verib. Məlumata görə, təyyarə qolf meydançası yaxınlığında ağacların üstünə düşüb.

Polisin verdiyi son məlumata görə, təyyarədə 2 nəfər olub və onlar xəsarət almayıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 650


Oxşar xəbərlər