ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər


15:43     26 Fevral 2017 701400Embargo.jpg

Prezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.


Bu barədə məlumatı “Politico” nəşri məlumat yayıb.

Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.

Tramp administrasiyasının Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.

Femida.az

Açar sözlər:

Oxunub: 1071