Ərdoğanın ad günüdür - İlham Əliyev zəng etdi


17:41     26 Fevral 2017 ilham_aliyev_main__221216_219.jpg

Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.


Femida.az-ın xəbərinə görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 3724