Azərbaycanda bir dəqiqəlik sükut


21:12     26 Fevral 2017 14881142114434349817_1000x669.jpg

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıblar, abidənin önünə al qərənfillər düzüblər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anma mərasimləri keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 3212