Qusar sakinini “tok” vurub öldürdü


01:56     27 Fevral 2017 1429679727_tok-vurdu-cenubnews936.jpg

Qusar rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib.


Femida.az Report-a istinadən xəbər verir ki, Yeni Həyat kənd sakini Qədir Ağayev güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib. Lakin onu cərəyan vurub.

Hadisə yerinə Qusar Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları cəlb olunub. Mərhumun meyiti

Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsində müayinə olunub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 887