Məşhur Hollivud aktyoru vəfat edib


02:20     27 Fevral 2017 bill.jpeg

Məşhur amerikalı aktyor, “Emmi” mükafatının laureatı Bill Pekston 61 yaşında vəfat edib.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, cərrahiyə əməliyyatından sonra xəstəliyin ağırlaşması nəticəsində dünyasını dəyişib.

Aktyorluq karyerasına 1970-ci illərdə başlayan B.Pekston müxtəlif illərdə “Terminator” (1984), “Özgələr” (1986), “Titanik” (1997) kimi populyar filmlərdə çəkilib.

Açar sözlər:

Oxunub: 1150