Hökumət binasında partlayış törədən şəxs saxlanıldı


13:41     27 Fevral 2017 hokumet.jpg

İndoneziyanın Banduq şəhərində hökumət binasında partlayış baş verib.


Femida.az xəbər verir ki, hazırda partlayışın səbəblərinin araşdırılması istiqamətində İndoneziya polisi iş aparır.

Son məlumatlara görə, partlayışın törədilməsində iştirak edən şəxs artıq polis tərəfindən saxlanılıb.

Polis saxlanılan şəxsin terrorist qruplaşması ilə əlaqədə olması ehtimalını istisna etmir.

Femida.az

Açar sözlər:

Oxunub: 840