Kəsdiyi ağacın altında qaldı - GÖYÇAYDA DƏHŞƏTLİ ÖLÜM


15:07     27 Fevral 2017 meyit%20mese.jpg

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Rəşad Elşad oğlu pomidor istixanası qurmaq məqsədilə öz həyətindəki qovaq ağacını kəsən zaman ehtiyatsızlıq edib və əsən güclü külək ağacı onun üzərinə aşırıb. Ağır bədən xəsarətləri alan Rəşad Xəlilov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1792