Məcburi köçkünlərin nəzərinə - Aylıq müavinətlər 2 aylıq veriləcək
15:19 27 Fevral 2017
Siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq veriləcək.
Femida.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarının hazırlayaraq Dövlət Komitəsinə təqdim etmələri tapşırılıb.
Lakin həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 1960
Oxşar xəbərlər
- Məcburi köçkünlərə verilən evi kirayə vermək olarmı? - Sual-cavab
- Məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır
- Məcburi köçkünlərin binasından ev `satan`lara AĞIR CƏZA
- Məcburi köçkünlərə ŞAD XƏBƏR
- Məcburi köçkünlərə yeni mənzillər təqdim edildi
- Məcburi köçkünlərə humanitar yardım verilib
- Məcburi köçkünün intihara cəhd olayı nəzarətə götürülüb
- Məcburi köçkün özünü turnikdən asdı
- Məcburi köçkünlərə qanunsuz ev satan qadından xəbər var
- Məcburi köçkünlərin yaşadığı kəndlərə qaz verilib