Sumqayıtda ağır qəza, ölən və xəsarət alan var


15:32     27 Fevral 2017 qeza_yeni.jpg

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a fevralın 27-də saat 01.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Emil Rzayev idarə etdiyi BMW markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 837