Mağaza yandı - Ərzaq malları kül oldu


16:17     27 Fevral 2017 erzaq9.jpg

Beyləqanda mağaza yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli ərzaq mağazasında 12 m2 sahədə taxta rəflər və ərzaq malları yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 130 m2 sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 891