Ramil Usubovdan yeni - TƏYİNAT
17:03 27 Fevral 2017
Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib.
Femida.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.
O bundan əvvəl Göygöl rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb. V. Qasımov cəmi bir ay Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.
Femida.az
Oxunub: 3537
Oxşar xəbərlər
- Ramil Usubov yeni rəis təyin etdi
- Ramil Usubov əmr imzaladı
- Ramil Usubov iki rayonun polis rəisi dəyişdirdi
- Ramil Usubov vətəndaşlarla görüşdü
- Ramil Usubov vətəndaşları qəbul edəcək
- Ramil Usubov Moldovanın daxili işlər nazirini qəbul edib
- Ramil Usubov polkovniki təqaüdə göndərdi
- Ramil Usubov Avropa Şurası rəsmilərini qəbul edib
- Ramil Usubov Gəncədə görüş keçirdi
- Ramil Usubov cinsi azlıqların saxlanılmasından danışdı