Rəsmi Tehran Bakı və İrəvana səsləndi: `Təmkinli olun`


18:52     27 Fevral 2017 iran%20abs%20meh.jpg

İran Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və böldəgəki vəziyyəti dialoq, danışıqlar yolu ilə stabilləşdirməyə çağırıb.

Femida.az xəbər verir ki, belə bir bəyanatla İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasəmi çıxış edib. Onun sözlərinə görə, bu problemin yeganə həll yolu dialoq və danışıqlardır. İran XİN rəsmisi bölgədə sülhə nail olmağı öz üzərinə götürən beynəlxalq təşkilatların da bu münaqişəyə son qoymaq üçün hər şeyi edəcəyinə əminliyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3339