Keçmiş məhkum yenidən 9 il `yatacaq`


19:18     27 Fevral 2017 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əhəd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ə. Quliyevin təqsirləndirildiyi oğurluq hadisəsi ötən ilin avqustunda Bakının Nərimanov rayonu ərazisində baş verib. Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Səfər Yarıyevin evindən 6000 manat pul və qızıl əşyalar oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş 19 yaşlı Əhəd Quliyev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1082