İzmirdə güclü yanğın - 2 nəfər zəhərlənib


21:14     27 Fevral 2017 yangin_273656566.jpg

İzmirin Bornova mahalında parça istehsal edən fabrikdə yanğın başlayıb.


Femida.az xəbər verir ki, plastik və digər yanıcı maddələrin alovlanmasıyla böyüyən yanğının söndürülməsinə İzmir Böyükşəhər bələdiyyəsinə aid xeyli sayda xilasetmə qrupları cəlb edilib. Zavod işçilərinin xilas edildiyi yanğında 2 nəfərin tüstüdən zəhərləndiyi deyilir. Dərhal təcili yardım maşınında oksigen balonu taxılan yaralıların həyati təhlükəsinin olmadığı deyilir.

Fabrikin bir hissəsinin çökdüyü bildirilir.

Açar sözlər:

Oxunub: 809