80 yaşlı qadının evinə girən şəxs tutuldu
01:40 28 Fevral 2017
Fevralın 25-i, gecə saat 03:00 radələrində Şəmkirdə cinayət hadisəsi baş verib.
Femida.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, bir nəfər şəxs heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə Valentina Tağıyevaya məxsus evə daxil olub.
Əvvəlcə dəmir barmaqlıqlar, sonra isə evdə olan 80 yaşlı qadın çağırılmamış qonağın arzusunu ürəyində qoyur.
Qadın bildirib ki, oğru içəri girib üzünə işıq salıb:
"Ağzını açan kimi dedi pul ver. Dedim pulum yoxdu, çıx get. Sabah pensiyamı alacam, istəsən de verim. Bircə çıx get. O da dedi yox, pul haradadır, yerini de. Başımdan vurdu, özümü itirdim”.
Lakin Şəmkir polisi qadını sağlamlığından edən şəxsi elə də uzaqda deyil, qonşuluqda tapıb. Çünki 31 yaşlı Emin Namazov Valentina Tağıyevanın qonşusu olub.
Emin Namazov əməlini səmimi etiraf edib və ifadəsində 80 yaşlı qadının evdə olmasından xəbərsiz olduğunu deyib. .
Oxunub: 1748
Oxşar xəbərlər
- 80 yaşlı qadın məhkmədən sonra öldü - Kredit borcuna görə gəlmişdi
- 80 cinayət növü üzrə həbs cəzası ləğv olunur - Cinayət Məcəlləsi dəyişir
- 80 yaşlı kişi arvadını baltaladı - Lənkəranda
- 800-ə yaxın sürücü sarı zolağa görə cərimələnib
- 80 yaşlı məhkum azadlıqda - Arvadına xəyanət etmişdi
- 80 yaşlı qadını qətlə yetirən şəxsə - 17 il həbs
- 800-ə yaxın miqrant ölümdən döndü
- 800 minlik cinayət edən şəxsin məhkəməsi oldu
- 800 müəllim işdən çıxarıldı - Tovuzda 5000 manat qalmaqalı
- 80 tələbə xaricdə oxumaq istəmədi