Komandirini döyüş meydanından çıxaranda şəhid olan əsgərin dəfni - FOTOLAR


15:10     28 Fevral 2017 17016561_1264675173619069_1828882872_o.jpg

Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.


Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.








Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 145717


Oxşar xəbərlər