70 min gəncin imtahan pulunu dövlət verəcək


15:55     28 Fevral 2017 meleyke%20abbaszade.jpg

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək”.

Femida.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, kolleclərə, ya da ali məktəblərə qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək: “Mən 70 min rəqəmini 2016-cı ilin rəqəmlərinə əsasən səsləndirirəm. Bu rəqəm azala da, çoxala da bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 889