`Artuşu yandırıb, üçüncü mərtəbədən atdılar` – Sumqayıt hadisələrindən şahidlər danışır(VİDEO)


16:00     28 Fevral 2017 gullu%20x5.JPG

Sumqayıt – gənclər şəhəri. 68 yaşlı bu şəhər yaxın tariximizdə erməni təxribatının qurbanı oldu. Ermənilərin Sumqayıtda törətdikləri cinayətlərdən artıq 29 il keçir. Tarixin qalın səhifələrinə Sumqayıt hadisələri adı altında düşən olayların arxasında əslində erməni millətçiləri dayanırdı. Ermənilərin dünyaya haray çəkdiyi bu hadisələrin məhz Sumqayıtda yüzlərlə canlı şahidi var.

Femida.az
hadisələri şahidlərin dilindən təqdim edir:






Sumqayıt – gənclər şəhəri. 68 yaşlı bu şəhər yaxın tariximizdə erməni təxribatının qurbanı oldu. Ermənilərin Sumqayıtda törətdikləri cinayətlərdən artıq 29 il keçir. Tarixin qalın səhifələrinə Sumqayıt hadisələri adı altında düşən olayların arxasında əslində erməni millətçiləri dayanırdı. Ermənilərin dünyaya haray çəkdiyi bu hadisələrin məhz Sumqayıtda yüzlərlə canlı şahidi var. Femida.az hadisələri şahidlərin dilindən təqdim edir:

Canlı şahid, jurnalist Aida Eyvazlı :





“ Biz həmişə ermənilərlə bir yerdə yaşamışıq. 4-cü mikrorayonda çoxlu erməni qonşularımız var idi. 4-cü mikrarayonda yaşayanda Asya adlı erməni qonşumuz var idi. Onda balaca uşaq idim. Asya xalanın əri Artuş idi. Onların iki oğlu, mənim də iki qardaşım var idi. Artuş həmişə uşaqları dalaşdırıdı. Deyirdi: “Hayes, Turkes”. Biz də heç nə başa düşmürdük. Bir dəfə gəlib atama dedim ki, Artuş belə şeylər edir. Ondan sonra atam onunla bərk dalaşdı. Atamın ümumiyyətlə Artuşdan xoşu gəlməzdi. O görünür ki, onun niyyətini başa düşürdü. Atamla Artuş danışmasa da, arvadı Asya xala bizə gəlirdi. Yaxşı münasibətlərimiz var idi…


1988-ci ilin fevralın 15-i idi. Özbəkistana, oxumağa gedirdim. Həmin qonşu Asya xala mənə aparmaq üçün heyva mürəbbəsi bişirib gətirmişdi. Birdən bacım Sevda gəldi ki, aşağıda yaşayan erməni Saşa Qukasyanın arvadı Leyla paltarlarını satır. O əlində tülkü dərisi, bahalı paltarlar gətirmişdi. Düzü o vaxt ağlımıza gəlmirdi ki, bunlar niyə satır bunları. Mən heç bir şey almadım. Getdim Özbəkistana. Həmin Qukasyan Sumqayıtda 23 nömrəli məktəbdə fizika müəllimi işləyirdi. Sonradan məlum oldu ki, onlar “Kurunk” un üzvləri imiş… Hadisələr baş verməmişdən qabaq hər şeylərini satıb qaçmışdılar…

…1988- ci ilin fevralın 28-də Özbəkistanda Sumqayıtdan olan qonşumuz bizə gəldi. Dedi ki, Sumqayıtda erməni yandırıblar, öldürüblər. Tez anama zəng elədim. Anam telefonda mənə dedi ki, Asya xalanı gələn saqqallılar zorlayıb, bıçaqlayıblar. Əri Artuşu da yandırıb, 3-cü mərtəbədən aşağı atıblar. Asya xala xəstəxanada anama deyib ki, onları bıçaqlayan, ərini öldürənlər ermənilər olub. Səbəbsə, onları “krunk”a pul ödəməmələri imiş. Həmin saqqallı ermənilər “krunk”a pul ödəməyən erməniləri öldürürmüşlər…

1957-ci ildən Sumqayıtda yaşayan şəhər sakini Ağayeva Güllü İzzət qızı Sumqayıt hadisələrinin canlı şahidlərindəndir. O gördüyü hadisələri Femida.az - a danışıb:





“ 1988-ci ilin fevralı idi. Bir də gördüm ki, hay-həşir düşdü. Mən də aptekdə kassir işləyirdim. Ona görə də Sumqayıtda yaşayan sakinlərin böyük əksəriyyətini tanıyırdım. Gələnlər deyirdi ki, saqqallı adamlar erməniləri qovur, öldürür. Həmin adamların sifətini görəndə tanımadım. O adamları indiyə kimi Sumqayıtda görməmişdim. Belə bir vəziyyətdə biz erməniləri evlərimizdə gizlətdik ki, onları öldürməsinlər. Yoldaşımla işləyən Asmiki ailəsi ilə evimizə gətirdik. Gecə uşağa su verməyə durmuşdum. Gördüm ki, Asmik yatmayıb, oyadır. Soruşdum niyə indiyə kimi yatmamısan? Deyirdi ki, yuxusu gəlmir. O bizə etibar etmirdi. Budur onların əsl siması…



Erməniləri öldürən elə özləri idi. Bizim bu hadisələrə qədər emrənilərlə münasibətlərimiz çox yaxşı idi. Bizim evin birinci mərtəbəsində yaşayan Qukasyan kimya müəllimi idi. Onlar hamıdan əvvəl əşyalarını satıb, burdan getdilər. İndiyə kimi yadımdadır ki, onlar burdan çıxanda bizim evə tüpürdülər.”


Həmin günlərin canlı şahidlərindən biri də Vəliyev Məhəmməd Məmməd oğludur. O hadisələr baş verən zaman Sumqayıtdakı 33 nömrəli məktəbdə direktor işləyib. Canlı şahid Femida.az -a danışıb.





“ … Qəflətən ara qarışdı. Eşitdik ki, bir qrup adam şüşələri sındırır, mağazaları yandıdır. Mən də məktəb direktoru idim. Bizə zəng gəldi ki, hər kəs təcili öz iş yerində olsun. Məktəbə getdim. Saat 2-yə qalmış mitinq oldu. Həmin gecə qara plaşlı adamlar şəhərə soxuldular. 3-cü mikrarayonda ilk qətli törətdilər. Bizə xəbər gəldi ki, Maarif şöbəsinə yığışaq. Oradan qərara alındı ki, hər kəs öz müəssisinə cavabdeh olmalıdır. Həmin günü biz məktəbdə qaldıq. Evdə körpə uşaqlarım var idi. Arada gəlib, evə baş çəkirdim. Yolda eşitdim ki, erməniləri qırırlar. Biz 30-a yaxın ermənini sinif otağına yığdıq ki, onlara dəyən olmasın. Gördüm ki, məktəbin qapısını döyürlər ki, burada erməni var. Buna baxmayaraq onları qoruduq. Daha sonra sağ-salamat Sumqayıtdan getdilər. Sonradan bizə məlum oldu ki, bütün bu qarışıqlığı törədənlər elə saqqallı ermənilər imiş…”


Müxbir: Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər:

Oxunub: 28111


Oxşar xəbərlər