Düşmən atəşkəsi 115 dəfə pozub
13:30 18 Mart 2017
Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.
Femida.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan, Barekamavan, Berdavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor, Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Nəmirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1441
Oxşar xəbərlər
- Düşmən atəşkəs rejimini 140 dəfə pozub
- Düşmən kəndlərimizi atəşə tutub
- Düşməni məhv edəcək aparatlar sınaqdan keçirilib
- Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
- Düşmən Ağdamın kəndini atəşə tutdu
- Düşmən kəndlərimizi atəşə tutub - Cəbhədən son xəbər
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən atəşkəsi pozmaqda davam edir
- Düşmən Qarabağda hərbi təlim keçirir