İrandan Azərbaycana Novruz təbriki


18:41     18 Mart 2017 14612530381604746867_1000x6692.jpg

İran parlamentinin sədri Əli Laricani Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.


Ə.Laricani azərbaycanlı həmkarı Oqtay Əsədova Novruz bayramı münasibəti ilə ünvanladığı təbrik məktubunda xalqımıza inkişaf arzulayıb.

İranlı spiker həmçinin qeyd edib ki, İran region ölkələrinin parlamentləri ilə ikitərəfli əlaqələri möhkəmləndirməyə hazırdır: "Təhlükəsizliyin təminatı və əlaqələrin inkişafı üçün regional əməkdaşlığı alqışlayırıq. Regionda baş verən dəyişikliklər, qarşıda olan problemlər, təhlükələrlə mübarizə qonşu ölkələr arasında konstruktiv əməkdaşlığın aparılması ilə öz həllini tapa bilər. İran hər növ regional əməkdaşlığa, xüsusilə qonşu ölkələrlə hərtərəfli əlaqələrin inkişafına hazırdır".

Qeyd edək ki, Ə.Larıcani həmçinin ayrı-ayrılıqda Türkmənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Türkiyə və Özbəkistanın parlament sədrlərini Novruz bayramı münasibəti ilə təbrik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1187