Neft bahalaşır


16:57     21 Mart 2017 1441006838_neftin_qiymeti_1440650530neft_pul6.jpg

OPEK-ə üzv ölkələrin neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılmasını dəstəkləməsi barədə xəbər “qara qızıl”ın qiymətinin artmasına səbəb olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39% artaraq 49,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,48% artaraq 51,87 dollar olub.

Femida.az

Açar sözlər:

Oxunub: 844