Qaxın dağ kəndlərinə qar yağıb


20:50     21 Mart 2017 1448877151_trend_snow_qar_181115_05-273.jpg

Bugün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb.

Femida.az "Report"a istinadən bildirir ki, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.
Kənd sakinlərinin "Report"a verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.
Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.

Femida.az

Açar sözlər:

Oxunub: 814