Vaşinqtonda Novruz bayramı qeyd edilib - FOTO


02:04     22 Mart 2017 7.JPG

Martın 18-də Novruz Komissiyası tərəfindən Vaşinqton şəhərinin ən tanınmış zallardan biri olan “Andrew W. Mellon Auditorium”-da Novruz Bayramı münasibətilə ziyafət təşkil olunmuşdur.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Femida.az-a verilən məlumata görə, tədbirdə ABŞ rəsmiləri, ictimai xadimlər, diplomatik korpusun nümayəndələri də daxil olmaqla 400 nəfər iştirak etmişdir.

Tədbirdə Azərbaycan səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən guşə hazırlanıb, habelə novruz ənələrini təcəssüm etdirən milli şirniyyat növlərindən və quru meyvələrdən hazırlanmış “Xonça” sərgilənib. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanda Novruz bayramını qeyd etmək ənənələrini əks etdirən qısa video nümayiş etdirilib. Bundan başqa tədbirin mədəni hissəsinin başlanğıcında Nyu Yorkda yaşayan Azərbaycan əsilli müğənni Veronika Yaqubovanın milli musiqilərimizin canlı ifası iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.

Xatırladaq ki, Novruz Komissiyası 2010-cu ildən etibarən bahar bayramı ilə əlaqədar ziyafət təşkil edir. Bu ziyafətdə Azərbaycan da daxil olmaqla Novruz bayramı qeyd edilən dövlətlər iştirak edir.



Femida.az

Açar sözlər:

Oxunub: 1606