Leyla Əliyevanın təşəbbüsü ilə Novruz şənliyi keçirilib
02:46 22 Mart 2017
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirib.
Femida.az xəbər verir ki, Birliyin idarə heyətinin üzvü Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından tədbir iştirakçılarını təbrik edib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruzu xaricdə yaşayan həmyerlilərimiz də bayram edirlər və bu, onların tarixi vətənə bağlılıq hissini gücləndirir. E.Hacıyev vurğulayıb ki, bahar və xeyir-bərəkət rəmzi olan Novruz bayramı xalqımız tərəfindən çox sevilir və xaricdə, o cümlədən Rusiyada yaşayan bütün həmyerlilərimiz onu geniş qeyd edirlər.
Bayram tədbiri canlı milli musiqi ilə müşayiət olunub, səhnədə məşhur müğənni İlona Yankovskaya, “Qarabağ” və “Vətən” ansamblları, Zeynəb Nəsibova, Fardi Səmədov, Jalə Kərimova çıxış ediblər.
Bayramsayağı bəzədilmiş masalara Novruzun əsas atributları olan səməni və ənənəvi şirniyyat növləri - paxlava, şəkərbura, şorqoğalı düzülmüşdü. Keçəl və Kosanın təşkil etdiyi şən müsabiqələrə heç kəs laqeyd qalmayıb.
Azərbaycan gənclərinin rusiyalı dostları və Moskvadakı türk diasporunun üzvləri də Novruz bayramını onlarla birgə qeyd etmək üçün tədbirə gəliblər.
Femida.az
Oxunub: 1676
Oxşar xəbərlər
- Leyla Əliyeva şeirlərini səsləndirdi
- Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası
- Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
- Leyla Şıxlinskayanın işçiləri hakim qarşısında - 700 minlik yeyinti
- Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb
- Leyla Şıxlinskayaya qarşı 30 minlik dələduzluq
- Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb
- Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
- Leyla Əliyeva uşaqlarla bir arada - FOTO
- Leyla Əliyeva uşaqları sevindirdi - FOTO