Yunanıstanda tarixi Osmanlı məscidi yanıb


21:32     22 Mart 2017 1251.jpg

Yunanıstanda tarixi Bəyazid məscidində yanğın baş verib.


Femida.az xəbər verir ki, bu barədə yerli “ANA-MPA” xəbər agentliyi məlumat yayıb.

Hadisə Dimetoka mahalında 03.00 radələrində baş verib. Yanğın nəticəsində məscidə ciddi ziyanın dəydiyi bildirilib.

Yunanıstan mədəniyyət nazirliyinin baş katibi Maria Vlazaki hadisə yerinə gedib.

Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan və ibadətə bağlı olan məkanda iki ildir bərpa işləri aparılırdı.

Açar sözlər:

Oxunub: 1303