Hicablı işsizlərə müavinət verilməyəcək


21:42     22 Mart 2017 hicab1.jpg

Danimarkada baş örtüyünü çıxarmayan qadınlar işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.
Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.
Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər.

Açar sözlər:

Oxunub: 1528