Almaniyanın yeni prezidenti and içib


22:45     22 Mart 2017 f94d1b5a-5a88-459d-8a20-dcad4ac217ba.jpg

Almaniyanın yeni prezidenti Frank-Valter Ştaynmayer and içib.


"TASA"ın yaydığı xəbərə görə, yeni dövlət başçısının andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (Federal Torpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Fevralın 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1806