Bakıda idman zalına kütləvi basqın - yaralılar var
02:29 23 Mart 2017
Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Marafon” idman zalında baş verib. Dəyənək, balta, “beşbarmaq” və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.
İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb. (APA)
Femida.az
Oxunub: 6266
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik