Hacıqabulda piyadanı maşın vurub


03:00     23 Mart 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Hacıqabulda piyadanı avtomobil vurub.


Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Muğanlı qəsəbəsində “Mercedes” markalı avtomobil 1967-ci il təvəllüdlü İsmayılov Elman Əlimayıl oğlunu vurub.

Qapalı kəllə-beyin travması alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 808