Onu tutmaq istəyən 2 polisi bıçaqladı - Şirvanda CİNAYƏT


18:52     23 Mart 2017 1449900377_bicaqlama2.jpg

Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.


Femida.az DİN-ə istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

Açar sözlər:

Oxunub: 1356