Ruhaninin Rusiyaya səfər tarixi açıqlandı


20:01     23 Mart 2017 1415798182_teleqraf.com1415797067ruhani7.jpg

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfər tarixi açıqlanıb.

Femida.az bildirir ki, Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, H.Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olacaq.

İran prezidenti martın 28-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə iki ölkənin energetika və nəqliyyat infrastrukturu sahələrində birgə layihələri müzakirə olunacaq.

Danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 805