Azərbaycan dərman idxalını 9 dəfə artırıb


19:12     23 Mart 2017 1440518062_derman17.jpg

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 2 mln. 096,3 min ABŞ dolları dəyərində 229,3 ton dərman preparatları ixrac edilib. Femida.az xəbər verie ki, bu barədə “APA-Economics” Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 204 ton və ya 9,06 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 279,2 min dollar və ya 2,56 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 817,1 min dollar dəyərində 25,3 ton dərman ixrac edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 943