Bakıda ağır qəza - Ölən var
20:36 23 Mart 2017
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 15.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.
Nəticədə A. Hüseynovun sərnişini Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb. Özünə və digər sərnişininə, habelə M. Mustafayevin sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 849
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik